"Vətəndaşlara yerində köməklik göstərilir" - DİN

19:21 - 28 Mart 2026

\"Vətəndaşlara yerində köməklik göstərilir\" - DİN

Ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, şəhər və rayonlarda, eləcə də avtomobil yollarında əsas məqsəd vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək, onların mənzil başına rahat və təhlükəsiz şəkildə çatmasına kömək göstərməkdir.

"Yağışın yaratdığı hallarla bağlı daxil olan bütün müraciətlərə operativ reaksiya verilir, ehtiyacı olan vətəndaşlara yerində köməklik göstərilir. Sürücülərdən və piyadalardan xahiş olunur ki, mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi əməl etsinlər".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az