Yol polisindən sürücülərə MÜRACİƏT

09:43 - 04 Aprel 2026

Yol polisindən sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.


Bu barədə Manset.az-a BDYPİ-dən bildirilib. 

Qeyd olunub ki, hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur.

Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.

Sürücülərə tövsiyə olunur:

• Hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

• Sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinin;

• Ara məsafəni qoruyun;

• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:

• Yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin;

• Yolun hərəkət hissəsinə qəfil çıxmayın;

• Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az