Tip 2 şəkərli diabeti olan insanlar üçün axşam saatlarında ən yaxşı seçim şəkərsiz bitki çaylarıdır — məsələn, darçınlı, çobanyastığı və ya lavandalı çay. Bu içkilər qan şəkərinin stabilləşməsinə və orqanizmin susuzlaşmasının qarşısının alınmasına kömək edə bilər.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə diyetoloq Treysi Lokvud Bekkerman "Eating Well" nəşrinə bildirib.
Mütəxəssisin sözlərinə görə, darçınlı çay xüsusilə faydalı ola bilər.
Bəzi tədqiqatlar göstərir ki, darçın Tip 2 diabeti olan insanlarda qlükoza səviyyəsinin azalmasına dolayı təsir göstərə bilər. Darçının tərkibində darçın aldehidi, darçın turşusu, darçın spirti, kumarin və evgenol kimi bioloji aktiv maddələr var. Bu komponentlər karbohidrat mübadiləsinin müxtəlif mərhələlərinə təsir edə bilər.
"Digər uyğun seçimlər şəkərsiz bitki çaylarıdır — məsələn, çobanyastığı və ya lavanda çayı. Onlar su balansını qorumağa kömək edir. Susuzlaşma zamanı qanda qlükoza konsentrasiyası arta bilər", deyə ekspert bildirib.
Diyetoloq əlavə edib ki, axşam isti bitki çayı içmək həm də rahatlanmağa və stress hormonu olan kortizolun azalmasına kömək edir. Kortizolun yüksək səviyyəsi hətta sağlam insanlarda belə qlükoza istehsalını artıra bilər.