30 ədəd qızılağac kəsildi - Şübhəli şəxs saxlanıldı

19:43 - 10 Aprel 2026

30 ədəd qızılağac kəsildi - Şübhəli şəxs saxlanıldı

Oğuz rayonunda 30 ədəd qızılağac ağacının kəsilməsinə görə polis cinayət işi başlayıb.


Manset.az Daxili İşlər Nazirliyini (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az