Bakıda həm rahat yaşayıb, həm də ağıllı investisiya etmək istəyirsən?
Məhz bu nöqtədə “Kristal”ın “Park Yasamal” layihəsi diqqətləri
üzərinə çəkir.
“Park Yasamal” layihəsi müasir şəhər həyatının üstünlüklərini bir araya gətirən layihə
kimi sakinlərə keyfiyyətli bir həyat tərzi vəd edir. Kompleksdə sakinlərin
gündəlik həyatını komfortlu etmək üçün hər detal düşünülüb.
Ərazi geniş və yaşıllıqlarla zəngin park sahəsi, göl ətrafında istirahət zonaları, futbol meydançası və uşaqlar üçün təhlükəsiz oyun sahələri ilə seçilir. Özəl uşaq bağçası isə ailələr üçün əlavə rahatlıq təmin edir. 24/7 kamera nəzarət sistemi və geniş, təhlükəsiz avtodayanacaq sakinlərin təhlükəsizliyini ön planda saxlayır.

“Park Yasamal”da müxtəlif ehtiyaclara uyğun mənzil seçimləri təqdim
olunur: 2, 3 və 4 otaq, eləcə də, studiya mənzillər fərqli kvadratlarda
mövcuddur. Alıcılar üçün həm hazır, həm tikintisi davam edən, həm də əşyalı
mənzillər təklif edilir. Hazır mənzillər dərhal köçmək istəyənlər üçün,
tikintisi davam edən mənzillər daha sərfəli seçim istəyənlər üçün, əşyalı
mənzillər isə vaxt itirmədən köçüb, yaşamaq üçün idealdır.
Mənzillər tam təmirli şəkildə təhvil verilir və təmir zamanı Avropa
brendlərinin materiallarından istifadə olunur. Bu isə uzunömürlü və estetik
baxımdan cəlbedici yaşayış mühiti deməkdir.
Ödəniş şərtləri də alıcılar üçün olduqca əlverişlidir. Mənzilləri 30%-dən başlayan ilkin ödənişlə 36 ayadək daxili kreditlə və ya 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür. Eyni zamanda, dövlət ipotekasına yararlı yeni mənzillər də satışdadır. Şirkətin təqdim etdiyi “Evini hissə-hissə al” modeli isə xüsusi diqqət çəkir. Bu model sayəsində mənzilə aylıq öhdəliksiz və faizsiz şəkildə sahib olmaq mümkündür.

Kompleksin yerləşdiyi ərazi də xüsusi üstünlüklərə malikdir. Yasamal
rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında yerləşən “Park
Yasamal” şəhərin əsas nöqtələrinə rahat çıxış imkanı yaradır. Ətrafda
gündəlik həyat üçün lazım olan bütün infrastruktur mövcuddur. Bundan əlavə,
uzun illər “Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında
planlaşdırılan genişmiqyaslı abadlaşdırma işləri gələcəkdə bu ərazini müasir
şəhər parkına çevirəcək və layihənin dəyərini daha da artıracaq.
Binaların və mənzillərin planlanması maksimum səmərəlilik prinsipi ilə həyata keçirilib. Mənzillər “itkisiz” layihələndirilib, yəni istifadə olunmayan, boş sahələr minimuma endirilib və hər kvadratmetr real yaşayış üçün nəzərdə tutulub. Bu isə həm rahatlıq, həm də maliyyə baxımından daha sərfəli seçim deməkdir.

“Park Yasamal” layihəsi həm rahat
yaşayış, həm də gələcəkdə dəyər qazanan investisiya imkanı axtaranlar üçün
ideal seçim kimi təqdim olunur. Layihə ilə daha yaxından tanış olmaq üçün
tikinti ərazisinə baş çəkə, satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsi
ilə əlaqə saxlaya bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi