Portağal şirəsindən daha faydalı imiş

21:16 - 17 Aprel 2026

Portağal şirəsindən daha faydalı imiş

Araşdırmalar göstərir ki, portağalın özü şirəsindən daha faydalıdır.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssis dr. Gönen bildirir ki, meyvə suyu hazırlanarkən bir neçə portağal istifadə olunduğu üçün qan şəkəri daha sürətli yüksələ bilər və lif itkisi baş verir.

Onun sözlərinə görə, mümkün olduqda meyvənin özünü yemək daha sağlam seçimdir. Bununla yanaşı, evdə təzə sıxılmış portağal şirəsi qablaşdırılmış məhsullardan daha faydalı hesab olunur və həftədə bir neçə dəfə təxminən 300 ml istehlak edilməsi ürək və beyin sağlamlığına müsbət təsir göstərə bilər.

Mütəxəssis əlavə edir ki, portağalda olan antioksidantlar və flavonoidlər damarları qoruyur, iltihabı azaldır və infarkt, insult kimi xəstəliklərin riskini aşağı sala bilər. Həmçinin tərkibindəki lif bağırsaq sağlamlığını dəstəkləyərək vitaminlərin daha yaxşı mənimsənilməsinə kömək edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az