“AzParking”dən mülki geyimli əməkdaş iddiaları ilə bağlı AÇIQLAMA

15:19 - 24 Aprel 2026

“AzParking”dən mülki geyimli əməkdaş iddiaları ilə bağlı AÇIQLAMA

“Son günlər sosial şəbəkələrdə yayılan və mülki geyimdə olan vətəndaş tərəfindən nəqliyyat vasitələrinin “cərimələndiyinin” iddia olunduğu video ilə bağlı yayılan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir”.


Manset.az xəbər verir ki, bu barədə “AzParking”in açıqlamasında bildirilib.

Qeyd edilib ki, qurumun parklanma xidməti üzrə bütün əməkdaşları yalnız xüsusi təsdiq olunmuş iş geyimində fəaliyyət göstərir.

“Mülki geyimdə hər hansı şəxsin parklanma üzrə monitorinq  etmək səlahiyyəti mövcud deyil. Sosial şəbəkələrdə yayılan videoda əks olunan şəxsin “AzParking” ilə heç bir əlaqəsi yoxdur. Bununla əlaqədar olaraq media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini rəsmi mənbələrə əsaslanmayan məlumatları yaymamağa çağırırıq.

Bu kimi halların ictimaiyyət arasında çaşqınlıq yaratdığını və qurumun nüfuzuna xələl gətirdiyini nəzərinizə çatdıraraq bildiririk ki, yanlış məlumatların yayılması ilə bağlı tərəfimizdən hüquqi tədbirlər görüləcək.

Vətəndaşlardan xahiş edirik ki, hər hansı şübhəli halla qarşılaşdıqda rəsmi kanallar vasitəsilə “AzParking”lə əlaqə saxlasınlar”, - məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az