Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO

23:00 - 25 Aprel 2026

Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO

Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1 127-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır. Maraqlıdır, niyə xarici vətəndaşlarla ailə qurmağa meyil bu qədər artıb?


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, psixoloq Aygül Məlikovanın sözlərinə görə, hazırda gənclərin xarici vətəndaşlarla evliliyə üstünlük vermələrinin arxasında ailədaxili münasibətlər dayanır:

"Müasir gənclər bəzən ailələrində özlərini dəyərsiz hiss edir, sevgi və diqqət ehtiyacını daha dərindən yaşamaq istəyirlər. Burada, şübhəsiz ki, sosial medianın da böyük rolu var. Belə ki, xarici vətəndaşla ailə qurub öz xoşbəxt həyatını paylaşan şəxsləri gördükdə gənclərdə "mən də xarici şəxslə evlənsəm, daha çox sevilərəm" kimi fikirlər formalaşır".

Mütəxəssislər vurğulayırlar ki, qloballaşma qarşısıalınmaz bir prosesdir. Əsas məsələ dəyərlərin qorunması, mədəni kimliyin itirilməməsi, sevgi, hörmət və insan hüquqlarına əsaslanan ailə modelinin formalaşdırılmasıdır.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az