Çiyələk və alça bu il baha ola bilər - SƏBƏB - VİDEO

23:58 - 27 Aprel 2026

Çiyələk və alça bu il baha ola bilər - SƏBƏB - VİDEO

Aprel ayı olmasına baxmayaraq, havaların soyuq və yağışlı keçməsi, bəzi rayonlarda sel və daşqınların baş verməsi məhsuldarlığa da təsirsiz ötüşməyib.


Manset.az AzTV-yə istinadən xəbər verir ki, sahibkarların sözlərinə görə, ən böyük zərər alça bağlarına dəyib. Son günlər ardıcıl yağan intensiv yağışların kənd təsərrüfatı sektoruna həm müsbət, həm də mənfi təsirləri olub.

Müsbət tərəfi ondan ibarətdir ki, nəmli torpaq toxum səpini və yazlıq əkin üçün əlverişli şərait yaradır. Əkilən şitillər belə torpaqda daha yaxşı inkişaf edir.

Lakin mənfi təsirlər daha ciddi olub. Bir çox meyvə bağları tamamilə məhv olub, məhsuldarlıq isə kəskin azalıb.

Sahibkarlardan biri bildirib: "Təbii ki, çiyələk də yağışın təsirindən azalmağa başlayır. Məsələn, göycəni götürək. Əvvəlki illərdə bir bağdan 1-2 ton məhsul əldə edilirdisə, bu il dolu və yağış səbəbindən çiçəklər tez tökülüb və məhsul xeyli azalıb".

Mütəxəssislər mövsümi amillərdən və təbii fəlakətlərdən qorunmaq üçün məhsul və bağların vaxtında sığortalanmasını tövsiyə edirlər. Əks halda, maddi zərərin qarşısını almaq mümkün olmur. Bu hal bazarlarda məhsulların qiymətinə də təsir edə bilər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az