Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək

12:27 - 28 Aprel 2026

Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək

Keşlədə kollektorun üzərində tikildiyi üçün sökülmüş evin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.


Manset.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.

Sərəncama əsasən, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az