WUF13 zamanı metro pulsuz olacaq? – Rəsmi açıqlama

10:55 - 29 Aprel 2026

WUF13 zamanı metro pulsuz olacaq? – Rəsmi açıqlama

Bakı Metropoliteni WUF13 dövründə gücləndirilmiş iş rejiminə keçəcək. Sərnişin axınının tənzimlənməsi məqsədilə bəzi stansiyalara əlavə işçi qüvvəsi və könüllülər cəlb ediləcək, eyni zamanda xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.


Manset.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə uyğun olaraq metroda hərəkət qrafikinə zəruri düzəlişlər ediləcək, pik saatlarda isə intervallar minimuma endiriləcək.

"Tədbir günlərində metrodan ödənişsiz istifadə ilə bağlı qərarlar yalnız WUF13 Əməliyyat Şirkəti ilə birgə fəaliyyət çərçivəsində ictimaiyyətə açıqlanacaq",- deyə qurumdan əlavə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az