Sabah bu rayonda qaz olmayacaq

18:14 - 30 Aprel 2026

Sabah bu rayonda qaz olmayacaq

Qazax rayonu, Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədardır.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Qeyd edək ki, Qazax rayonunun Daş Salahlı kəndinin 10 mindən çox sakini var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az