Mayın 1-də Azərbaycan Dillər Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı Respublika tələbə-şagird elmi konfransının açılışı olub.
Manset.az xəbər verir ki, əvvəlcƏvvəlcƏvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun
rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, konfransın
əhəmiyyətindən söz açıb.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir inkişaf strategiyasının əsasını qoyan, dövlətçiliyin möhkəmlənməsində müstəsna rol oynayan tarixi şəxsiyyətdir.
Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və ölkənin dayanıqlı inkişaf modelinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Rektor bildirib ki, belə elmi konfransların keçirilməsi gənclərin milli-mənəvi dəyərlərə bağlılığının artırılması, onların elmi düşüncə tərzinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Bu gün
universitetimizdə ənənə halını alan və ölkə ali təhsil sahəsində ilk olan
tələbə-şagird elmi konfransının keçirilməsi mühüm hadisələrdən biridir. Ulu
öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konfransda tələbələr
şagirdlərə elmi rəhbərlik etməklə, öz bilik və bacarıqlarını şagirdlərə
ötürürlər. Bu o deməkdir ki, konfransda
iştirak edən şagirdlərə məhz ADU-nun tələbələri elmi rəhbərlik etməklə, həm də
bu mənada bir ilkə imza atmış olurlar.
Bu gün konfransda ölkəmizin müxtəlif təhsil müəssisələrindən olan şagirdlər, tələbələr, müəllimlər və təhsil nümayəndələri iştirak edirlər.
Konfransda
iştirak edən müəllimlərə, tələbələrə, şagirdlərə, kafedralara və bütün təşkilatçılara
təşəkkürümü bildirirəm. Konfrans tələbə-şagird münasibətlərində yeni uğurlu
nümunəni elmi-ictimai cəmiyyətə təqdim edir.
Bu cür təşəbbüslər gənclərin elmi fəaliyyətə marağının artırılmasına, onların tədqiqat bacarıqlarının formalaşmasına və qarşılıqlı əməkdaşlıq mühitinin gücləndirilməsinə mühüm töhfə verir.
Konfrans
eyni zamanda müxtəlif təhsil pillələri arasında əlaqələrin möhkəmləndirilməsi
baxımından da əhəmiyyətli platforma rolunu oynayır. Burada səsləndirilən
fikirlər, təqdim olunan elmi məruzələr və aparılan müzakirələr iştirakçıların
dünyagörüşünün genişlənməsinə, yeni ideyaların yaranmasına və gələcək elmi
fəaliyyət üçün stimul formalaşdırır. Bu baxımdan, belə tədbirlərin davamlı
təşkili ölkəmizdə elmin və təhsilin inkişafına xidmət edən əsas amillərdən biri
kimi dəyərləndirilir. Əminəm ki, bugünkü konfrans öz nəticələri ilə yadda
qalacaq, iştirakçılar üçün yeni uğurların başlanğıcına çevriləcək və ümummilli
lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq
Azərbaycanın gələcək tərəqqisinə töhfə verəcəkdir. Yaşasın konfrans, yaşasın
Ulu Öndər Heydər Əliyevin bizim qəlbimizdə, bizim beynimizdə yaşayan əziz
xatirəsi”!
Daha sonra çıxış edənlər: Milli Müdafiə Universitetinin professoru Yəhya Babanlı, Heydər Əliyev adına Hərbi İnstitutunun müəllimi, mayor Amil Bağırov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdi Hüseyn Abbaslı, ADU TEC-in sədri Dürrə Həşimova, ADU-nun elmi və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü Günay Əkbərova konfransla bağlı fikirlərini bölüşüblər.
Çıxış edənlər konfransın aktuallığına diqqət çəkiblər. Bildirilib ki, belə elmi platformalar gənclərin intellektual potensialının üzə çıxarılmasında, onların elmi düşüncə və tədqiqat bacarıqlarının inkişafında mühüm rol oynayır.
Qeyd olunub ki, tələbə və şagirdlərin birgə iştirak etdiyi bu cür konfranslar onların qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır, elmi-ictimai mühitdə fəallıqlarını artırır və gələcək fəaliyyətlərində daha uğurlu nəticələr əldə etmələrinə zəmin yaradır.
Eyni zamanda çıxışlarda bildirilib ki, konfrans çərçivəsində təqdim olunan məruzələr Azərbaycanın dayanıqlı inkişaf modelinin müxtəlif aspektlərini əhatə etməklə yanaşı, gənclərin bu istiqamətdə düşüncələrinin formalaşmasına və onların dövlətçilik ideyalarına daha sıx bağlanmasına xidmət edir.
Konfrans
işini bölmə iclasları ilə davam etdirib.