Naxçıvanda müəllim sertifikasiyasının II mərhələsi başlayıb - FOTOLAR

12:15 - 04 May 2026

Naxçıvanda müəllim sertifikasiyasının II mərhələsi başlayıb - FOTOLAR

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.


Manset.az xəbər verir ki, test imtahanına alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya, biologiya, fizika, ibtidai sinif, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri olmaqla, ümumilikdə 2772 nəfərin cəlb olunması nəzərdə tutulub.

2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1315 təhsilverən iştirak edib. İki gün ərzində 99,2 faiz iştirak qeydə alınıb. İmtahanda iştirak edən namizədlərdən 512-si 51–60 bal aralığında nəticə göstərib, 9 nəfər isə ən yüksək nəticə — 60 bal toplayıb.

Məlumat üçün bildirək ki, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə növbəti test imtahanları mayın 10-da fizika, ibtidai sinif, coğrafiya, mayın 11-də isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri üçün təşkil olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az