Bu gün Milli Məclisin deputatı Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti 184 ünvanında yerləşən ofisində vətəndaşların növbəti qəbulunu keçirib.
Manset.az xəbər verir ki, qəbul zamanı seçicilər yaşadıqları binanın problemlərinin həlli, məşğulluq və əfv məsələləri, habelə ipoteka krediti ilə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar.
Vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib, hər bir müraciət üzrə müvafiq qeydlər aparılıb.
Deputat bütün müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını, aidiyyəti qurumlara müvafiq sorğuların göndəriləcəyini bildirib.