Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.
Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?
Manset.az Pravda.az-a istinadən dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəni təqdim edir:
Layihədə Bakı şəhər Baş Polis İdarəsinin sabiq mətbuat katibi Qalib Rəhimovdan bəhs edəcəyik.
Rəhimov Qalib Arif oğlu (Qalib Arif) Qax rayonunda dünyaya gəlib. O, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. Daha sonra 10 il Elmlər Akademiyasında işləyib. Qalib Arif 1990-cı ildən mətbuat sahəsində işləyir.
O, “Aydınlıq” və “Xalq qəzeti” qəzetlərində siyasi icmalçı olub. 2008-ci ildən 2018-ci ilə qədər Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin baş redaktoru və mətbuat xidmətinin rəisi vəzifəsini daşıyıb.
Mətbuat katibliyi dövründən danışan Qalib Arif bildirir ki, 10 il Bakı Polisinin mətbuat xidmətinə rəhbərlik edib:
“Həmin dövrdə jurnalist kimi sistemi içəridən müşahidə etmişəm. Hazırda müstəqil jurnalistəm, düşünürəm ki, on il ərzində polisdə eşitdiklərimi, oxuduqlarımı, gördüklərimi sərbəst şəkildə oxucuların ixtiyarına verə bilərəm. Paytaxt polisində hələ ləzzətlə “Milis hekayələri” yazırdım, həvəslə “Polis” qəzeti buraxırdım. Şənbə-bazarsız səhər tezdən işə gedib axşam gecdən qayıdırdım. Yalan olmasın, gündə 10 saat kompüterin qabağında otururdum, xəbər məkanında olurdum”.
Sabiq mətbuat katibi qeyd edir ki, “Polis” qəzetinin son səhifəsi üçün “Dünya polisi” rubrikasını hazırlayarkən müxtəlif ölkə polislərinin xidməti fəaliyyətini araşdırıb:
“Araşdırma zamanı məni narahat edən bəzi suallara cavablar tapdım. Məlum oldu ki, məsələn, ABŞ polisi doğrudan da rüşvət almır. Amma bu, polisin şəxsi keyfiyyətlərindən, ailə tərbiyəsindən, ya da qanuna hədsiz hörmətindən irəli gəlmir, sadəcə olaraq, sistem belədir. Deməli, ABŞ-da polis nəfərinin (yəni post-patrul xidmətinin) orta aylıq maaşı 7-8 min dollar(13600 manat) arasında (bəzi ştatlarda fərqlidir) dəyişir. Razılaşaq ki, orta aylıq maaşı 4-5 min dollar olan ölkədə bu, xeyli böyük məbləğdir. Polis nəfəri bizdə olduğu kimi 25 il xidmət edir və təqaüdə çıxdıqdan sonra bu maaşı ömrünün axırına kimi pensiya şəklində alır. Vəfat etdikdən sonra bu pensiyanı həyat yoldaşı, ya da varsa, azyaşlı uşaqları alır. Bəli, yayda bizim Azərbaycana da gələn, şortik geyinən qoca turistlərin böyük əksəriyyəti Amerika, Avropa polisində ləyaqətlə xidmət etmiş və pensiyaya çıxmış həmin əməkdaşlardır”.
Onun sözlərinə görə, həmin polislər bir dəfə səhv edərlərsə, hər şeylərini itirirlər:
“Amma burda bir məqam var, polis nəfəri 25 illik xidməti dövründə əgər bircə dəfə bağışlanmaz səhv edərsə (andına xəyanət edərsə, cinayətə və cinayətkara xidmət göstərərsə, korrupsiyaya yol verərsə və s.), işdən qovulur və ömürlük pensiyadan birdəfəlik məhrum olur. Ona görə də kimin savadlı, kimin savadsız olduğunu kənd müəllimindən daha yaxşı bilirəm. Əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, paytaxt polisində onlarla elə işıqlı, ensiklopedik savadlı adamlar var ki, nəinki elmlər namizədi, elmlər doktoru, birbaşa akademik olmağa layiqdirlər. Təbii ki, polisdə savadsızlar da var, amma belələri, Elmlər Akademiyasında, bizim mətbuatda, təhsil sistemində də yetərincədir”.
Qalib Rəhimov 2500-dən çox ictimai-siyasi məqalənin, yüzlərlə hekayənin, 3 kitabın müəllifidir. Azərbaycan, rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. Hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.
10 il AMEA-da, 10 il polisdə 13600 manat maaş
17:19 - 09 Yanvar 2022

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Bakı Avrasiya Universitetində plan yeri tam dolub

Bu rayonda su olmayacaq - Sakinlərin nəzərinə

Ali məktəblərə qəbul olanların sayı - DİM açıqladı

Bakı metrosu sabah gücləndirilmiş rejimdə çalışacaq

Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır

Bu xəstəxanalara yeni direktorlar təyin olundu - FOTO

Baku TV – 6 ildir efirdə

Minsk Qrupu bu tarixdə ləğv oluna bilər

“Veysəloğlu Distribusiya” şirkəti Şuşada möhtəşəm tədbir keçirdi

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

Bank kartlarından pullar belə oğurlanır - VİDEO
Xəbər xətti
- 26 Avqust 2025
- 23:12 Mehriban Əliyevadan uşaqlarla bağlı PAYLAŞIM
- 22:54 Kəlbəcərdə partlayış: Xəsarət alanlar var - YENİLƏNİB
- 22:27 Bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 21:56 Zelenski-Putin danışıqları bu ölkədə baş tuta bilər
- 21:23 Kürdəmirdə ağır QƏZA - Ölən var
- 20:57 Vardanyanın məhkəməsində zərərçəkənlər danışdı
- 20:37 Bakı Avrasiya Universitetində plan yeri tam dolub
- 20:16 Yevlaxda kişi bıçaqlandı - Oğlu şübhəli bilinir
- 19:43 Emin Ağalarov Mehriban Əliyevanı təbrik etdi - VİDEO
- 19:24 Bu rayonda su olmayacaq - Sakinlərin nəzərinə
- 18:53 Azərbaycanda toy faciəyə çevrildi - Çox sayda yaralı var
- 18:34 Ali məktəblərə qəbul olanların sayı - DİM açıqladı
- 18:22 Bakı metrosu sabah gücləndirilmiş rejimdə çalışacaq
- 18:11 Süni göldə uşaq batdı - Bakıda dəhşət
- 17:50 "Ermənistan bu 2 məsələ ilə razılaşmırmış" - Nazir açıqladı
- 17:38 Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
- 17:25 Bu ölkədə meşə yanğınları rekord həddə çatdı
- 17:21 Bu xəstəxanalara yeni direktorlar təyin olundu - FOTO
- 17:09 Nigeriyada daşqınlar 7 nəfərin ölümünə səbəb oldu
- 16:54 Baku TV – 6 ildir efirdə
- 16:46 "Laçın şəhəri günü dövlətimizin gücünün təntənəsidir"
- 16:32 Yusif Mirzənin “31 il sonra” sərgisi açıldı - FOTOLAR
- 16:31 Yapon qəzetlərindən süni intellektə qarşı 30 milyonluq iddia
- 16:29 Minsk Qrupu bu tarixdə ləğv oluna bilər
- 16:14 "Beşiktaş" Tiaqo Djalo ilə razılığa gəldi – Bu axşam İstanbula gəlir
- 16:07 “Veysəloğlu Distribusiya” şirkəti Şuşada möhtəşəm tədbir keçirdi
- 16:02 Bu ölkədə qasırğa oldu - 3 ölü, 10 yaralı
- 15:58 Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə - FOTO
- 15:41 Almaniya Fələstini tanımaqdan imtina etdi
- 15:09 Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi
- 15:05 “Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
- 14:59 Bu ölkədə silahlı hücum oldu - 2 polis məmuru öldü
- 14:48 102 yaşlı yapon alpinist rekord qırdı
- 14:47 Bank kartlarından pullar belə oğurlanır - VİDEO
- 14:32 Avstraliya ABŞ-yə əksər daşımaları dayandırır
- 14:25 Qəzzada ölənlərin sayı 62 min nəfəri ötdü
- 14:22 Kəndin köhnəsi, xəttin təzəsi - VİDEO/FOTO
- 14:18 6 yaşayış məntəqəsini birləşdirən yollar təmir edilir - FOTO/VİDEO
- 14:06 "Ferentsvaroş" çox təhlükəli rəqibdir" - Qurban Qurbanov
- 13:44 Kolumbiyada yeni insan növü aşkar edildi
- 13:30 ADU-da tələbə qəbulu faizi 99,4% olub
- 13:10 Böyükşor-Pirşağı yolunda təmir işləri nə vaxt bitəcək?
- 12:39 Qalada Əşrəf Heybətin “Doğma Qala” sərgisi açıldı - FOTOLAR
- 12:32 Sabah bu ərazilərdə yağış yağacaq
- 12:21 "Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusundan FOTOLAR
- 12:08 Yasamalda su təchizatı yaxşılaşdırılır - Fotolar
- 12:06 Bakı metrosunun gəlirləri ARTDI
- 12:04 Hindistan-Çin müharibəsi... - 5 il ərzində mümkün müharibə ssenariləri
- 11:50 Hikmət Hacıyev Mehriban Əliyevanı təbrik etdi
- 11:31 Gəncədə gəlin oğul və ananı niyə bıçaqlayıb? - VİDEO
- 11:27 "Qalatasaray" və "Monako" razılaşdı - Transfer detalları açıqlandı

