Elm və təhsil sahəsində kommunikasiya və jurnalistika istiqamətində ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün təşkil olunan peşəkar inkişaf proqramına qeydiyyat davam edir.
Manset.az xəbər verir ki, “OpenScience Media Lab” və “Science and Education Media”nın birgə təşəbbüsü ilə həyata keçirilən proqram iştirakçılara elm və təhsil mövzularının ictimaiyyətə effektiv şəkildə çatdırılması, keyfiyyətli media materiallarının hazırlanması və praktik jurnalistika bacarıqlarının inkişaf etdirilməsi istiqamətində imkanlar təqdim edir.
Proqram çərçivəsində iştirakçılar nəzəri və praktiki təlimlərə qoşulacaq, mentor dəstəyi alacaq, həmçinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində real media təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.
Layihənin əsas məqsədi təhsil sahəsində peşəkar kommunikasiya mütəxəssislərinin hazırlanmasına və elm-təhsil mövzularının mediada daha keyfiyyətli təqdim olunmasına töhfə verməkdir. İştirak tam ödənişsizdir.
Qeydiyyat üçün son tarix: 31 may
Ətraflı məlumat və qeydiyyat:
https://forms.gle/YnZaUaR1LXh4md2o7