Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə
səfərdə olan Slovakiya Milli Şurasının üzvləri xanım Marcela Čavojovánı və xanım Zuzana Matějčkovánı qəbul edib.
Manset.az xəbər verir ki, görüş zamanı Ombudsman
Səbinə Əliyeva Azərbaycan və Slovakiya dövlətləri arasında sıx əlaqələrin
mövcud olduğunu bildirib.
Ombudsman qonaqlara bu
yaxınlarda ölkəmizə səfər edən slovakiyalı həmkarı ilə keçirdiyi görüşü məmnunluqla
xatırladaraq, Azərbaycan və Slovakiyanın ombudsman institutları arasında mövcud
olan dostluğa və tərəfdaşlığa əsaslanan əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Müvəkkil qonaqları mandatı,
insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti
barədə ətraflı məlumatlandırıb.
Səbinə Əliyeva ötən
illər ərzində mandatının genişləndirildiyini, bərabərlik hüququnun təmini və
ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qruplarının yaradıldığını,
bu sahədə müsbət təcrübələrin əldə olunduğunu qeyd edib.
Slovakiya Milli
Şurasının üzvləri Marcela Čavojová və Zuzana Matějčková öz növbələrində səmimi
qəbula görə Ombudsmana təşəkkürlərini ifadə edib, iki ölkə arasında çoxşaxəli əlaqələrin
uğurla davam etdirildiyini, Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdəki
bərpa-quruculuq işlərində yaxından iştirak etdiyini bildiriblər.
Görüşdə, həmçinin
qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlığın perspektivləri
barədə geniş fikir mübadiləsi aparılıb.