“ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək

17:00 - 16 May 2026

“ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 17-də “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək.


Manset.az xəbər verir ki, bundan başqa, AZCON Holding-in stendində (D15) dəmir yollarının urbanizasiyanın inkişafındakı roluna həsr olunmuş rəqəmsal təqdimatları olacaq.

“Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası” mövzusunda daha bir infosessiya isə mayın 19-da təşkil ediləcək.

Qeyd edək ki, ADY 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13 ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az