"Bakı foruma hazırdır" - "WUF13Azerbaijan"

22:09 - 16 May 2026

\"Bakı foruma hazırdır\" - \"WUF13Azerbaijan\"

Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırdır.


Manset.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.

"Bakı hazırdır. Hər şey hazırdır. Dünya WUF13-də birləşir. Sabah ideyalar, şəhərlər və icmalar şəhər həyatının gələcəyini formalaşdırmaq üçün Azərbaycanda bir araya gələcəklər", - paylaşımda bildirilib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az