Daim rahatlıq və temperatur dəyişikliklərinin olmaması bədənin daha sürətli qocalmasına səbəb olur, onun təbii bərpa qabiliyyətini zəiflədir.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, ekspertlər orqanizmə sabitlik yox, uyğunlaşma lazım olduğunu hesab edirlər. Məhz uyğunlaşma hüceyrələrin cavanlaşma mexanizmlərini işə salır.
Tarix göstərir ki, uzunömürlü insanlar bir çox mədəniyyətlərdə müasir insanın “sərt şərait” adlandıracağı mühitdə yaşayıblar: sərin daş evlərdə, dağlıq ərazilərdə mütəmadi kontrast hamamlar və soyuq su prosedurlarından istifadə ediblər.
Qısa müddətli soyuq duş yaxud sərin otaqda qalmaq müsbət stress təsiri yaradır və bədəni daxili resurslarını səfərbər etməyə məcbur edir.
Məhz belə təsirdən sonra bir çox insan düşüncənin aydınlaşdığını və enerji artımını hiss edir. Bu isə sinir sisteminin ani reaksiyası və qan dövranının yaxşılaşması ilə izah olunur.
Mülayim soyuqla müntəzəm təmas aşağıdakı nəticələri verir:
Orqanizmin insulinə həssaslığı əhəmiyyətli dərəcədə yaxşılaşır
Enerjinin effektiv yandırılmasına cavabdeh olan qəhvəyi piy toxuması aktivləşir
Qocalmanın əsas səbəblərindən biri sayılan gizli iltihabi proseslər azalır
Sinir sisteminin xarici qıcıqlandırıcılara davamlılığı artır.
Təbii temperatur dəyişikliklərinə qayıdış gəncliyi qorumaq üçün müxtəlif əlavələr və ya xarici texnologiyalardan daha təsirli üsul ola bilər.