" WUF13 Özbəkistana genişmiqyaslı islahatları təqdim etməyə imkan verəcək" - Fayziyev

13:23 - 17 May 2026

\" WUF13 Özbəkistana genişmiqyaslı islahatları təqdim etməyə imkan verəcək\" - Fayziyev

Azərbaycan təcrübə mübadiləsi və urbanizasiya sahəsində qlobal islahatların müzakirəsi üçün əlverişli platforma yaradıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Urbanizasiya və Mənzil Bazarı üzrə Milli Komitəsinin sədrinin birinci müavini Orifjon Fayziyev Bakıda WUF13 çərçivəsində bildirib.

O qeyd edib ki, WUF13-ün Azərbaycanda keçirilməsi Özbəkistana son 9 ildə ölkədə həyata keçirilən genişmiqyaslı islahatları təqdim etmək imkanı verir.

"İlk növbədə, WUF13-ün yüksək səviyyədə təşkilinə görə qardaş Azərbaycana təşəkkür etmək istərdim. Bu, Özbəkistan üçün son 9 ildə həyata keçirilən qlobal islahatları təqdim etmək üçün əla imkandır", - o qeyd edib.

Fayziyevin sözlərinə görə, Özbəkistanda urbanizasiya prosesi fəal şəkildə inkişaf edir və bu yaxınlarda urbanizasiya və mənzil tikintisi məsələləri üzrə yeni milli komitə yaradılıb.

"Bu komitənin üzərinə 2040-cı ilə qədər urbanizasiya səviyyəsinin 60 %-ə çatdırılmasını təmin etmək kimi çox böyük vəzifələr qoyulub", - o vurğulayıb.

Fayziyev əlavə edib ki, forum qarşıya qoyulan məqsədlərə çatmaq və şəhər siyasətinin gələcək inkişafı üçün Azərbaycanın və digər ölkələrin təcrübəsini öyrənmək imkanı verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az