Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edir. Bu gün Azərbaycan paytaxtı Bakı Olimpiya Stadionunda dünyanın 180-dən çox ölkəsindən gələn qonaqları qarşıladı.
WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Bu gün başlayan və mayın 22-də başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.
Hesablamalar göstərir ki, yaşadığımız əsrin ortalarında dünya əhalisinin üçdə iki hissəsi şəhərlərdə yaşamağa üstünlük verəcəklər. Əhalinin, sakinlərin iri şəhərlərdə məskunlaşma məsələsi indi bəşəriyyəti narahat edən ən aktual problemlərdəndir. Həmin şəhərlərdə yaşayacaq sakinlərin rahatlığı, onların iaşə, mədəni, məişət və istirahət şəraiti, kommunal rahatlığı, ətraf mühitin qorunması və s. məsələlər ən çox düşünülən və öz həllini gözləyən məsələlərdir. WUF13 çərçivəsində müxtəlif tədbirlər təşkil olunacaq. Sessiyada bu sahədə çox mühüm və bəşəriyyət üçün taleyüklü problemlər müzakirə olunur.
Mövzu ətrafında suallar hamını və hər kəsi düşündürür. Ona görə də WUF13-ün keçirildiyi məkana üz tutan hər kəsin həmin ünvana tələsməyi başadüşüləndir.
Manset.az Azərtac-a istinadən fotoları təqdim edir: