“AzParking” heyəti vətəndaşı belə xilas etdi - VİDEO

19:40 - 19 May 2026

“AzParking” heyəti vətəndaşı belə xilas etdi - VİDEO

Bu gün  paytaxtın Səməd Vurğun küçəsində “AzParking” əməkdaşları piyada zolağında avtomobil qəzasına uğrayan vətəndaşa təcili tibbi yardım gələnə qədər həyati əhəmiyyətli müdaxilə ediblər.


Manset.az xəbər verir ki, hadisə baş verən an əraziyə dərhal yaxınlaşan “AzParking”in sahə rəisi və bələdçilərdən ibarət işçi heyəti zərərçəkənə zəruri ilkin yardımı göstərib. Şirkətin i-patrul avtomobillərindəki xüsusi tibbi ləvazimatlar vətəndaşın vəziyyətinin nəzarət altında saxlanılmasında həlledici rol oynayıb.

“Qəza baş verən an heç bir tərəddüd etmədən köməyə qaçdıq”, - deyə prosesi idarə edən sahə rəisi bildirib.

“İ-patrul avtomobillərimizdəki ilkin yardım çantalarının tam təchizatlı olması bizə həkimlər gələnə qədər operativ addımlar atmağa imkan verdi. Bizim üçün insan həyatı hər şeydən önəmlidir”.

Hadisə şahidləri əməkdaşların bu fədakar və çevik davranışını yüksək qiymətləndirərək, onlara öz xüsusi təşəkkürlərini bildiriblər.

Bu hadisə qurumun parklanma əməliyyatları zamanı nizam-intizamı qorumaqları ilə yanaşı, həm də əməkdaşların hər zaman ekstremal vəziyyətlərə hazır olmasını və ictimai təhlükəsizliyə verilən dəyəri bir daha sübut edir.

“AzParking” - ölkə ərazisində parklanma sisteminin müasir standartlara uyğun həyata keçirilməsini təmin edən, şəhər nəqliyyatının idarə edilməsini rəqəmsallaşdıran və bu sahədə şəffaflığı təmin edən innovativ sistemdir. Bu rəqəmsal həll sürücülərə boş yerləri asanlıqla tapmaq və ödənişləri nağdsız qaydada həyata keçirmək imkanı yaradır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az