“Azərsutəchizattikinti” ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin sabiq deputatı Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova yüksək vəzifə verilib.
Manset.az Yeni Sabah-a istinadən xəbər verir ki, o, Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib.
Mayın 20-də federasiyanın növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətində sözügedən quruma rəhbərlik edəcək.
Xatırladaq ki, V.Xəlilovun atası Mirzəcan Xəlilov V çağırış (2015-2020) Milli Məclisin deputatı olub.