Azərbaycanda yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var

20:29 - 20 May 2026

Azərbaycanda yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var

Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

İlkin məlumata görə, mərasimdə iştirak edən 21 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, zəhərlənənlər arasında azyaşlılar da var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az