Mingəçevir şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinə yeni təyinat baş tutub.
Manset.az Yeni Sabah-a istinadən xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə bu vəzifənin icrası 3 ay müddətinə Asif Hüseynova həvalə edilib.
H. Asif Bakı Odlar Yurdu Universitetinin "Hüquqşünaslıq" fakültəsinin məzunudur.
Qeyd edək ki, Asif Hüseynov 2025-ci ildən Şəmkir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru vəzifəsinə təyin edilmişdir.