"Azərbaycanda çay qonaqpərvərlik və mədəni kimliyin simvoludur" - VİDEO

20:41 - 21 May 2026

\"Azərbaycanda çay qonaqpərvərlik və mədəni kimliyin simvoludur\" - VİDEO

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi “X” sosial şəbəkə hesabında Beynəlxalq Çay Günü ilə bağlı paylaşım edib.


Manset.az xəbər verir ki, paylaşımda Azərbaycan çay mədəniyyətinin zənginliyi və onun xalqımızın milli kimliyindəki önəmli yeri vurğulanıb.

“Azərbaycanda çay sadəcə ənənəvi içki deyil – o, qonaqpərvərlik, dostluq, dialoq və mədəni kimliyin simvoludur. Ənənəvi armudu stəkanlarda, şirniyyat və limonla süfrəyə verilən çay, uzun əsrlərdir qonaqları qarşılamağın və insanları bir araya gətirməyin ayrılmaz hissəsinə çevrilib”, – deyə səfirliyin rəsmi hesabındakı ingilisdilli statusda qeyd olunub.

Paylaşımda həmçinin Azərbaycan çay mədəniyyətinin nəsilləri birləşdirən mühüm bir miras olduğu və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında yer alması ifadə edilib.

Qeyd edək ki, “Euronews” telekanalının Azərbaycanın çay mədəniyyətinə həsr etdiyi xüsusi reportajın videosu da paylaşıma əlavə olunub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az