Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1000-dən çox bilet satıldı

10:57 - 22 May 2026

Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1000-dən çox bilet satıldı

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.


Bu barədə Manset.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.

Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.

"Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik", - qurumun məlumatında bildirilib.

Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az