Sentyabrda Bakı İqlim Həftəsi keçiriləcək

12:43 - 22 May 2026

Sentyabrda Bakı İqlim Həftəsi keçiriləcək

5 iyunda Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.

O bildirib ki, bugünkü müzakirələr strateji ekoloji qiymətləndirmənin yalnız ekoloji mühafizə vasitəsi deyil, həm də dayanıqlı şəhər inkişafı üçün vacib siyasət aləti kimi əhəmiyyətini bir daha nümayiş etdirir.

Nazir qeyd edib ki, 2024-cü ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edib.

O əlavə edib ki, bu ilin 7–11 sentyabr tarixlərində Bakı İqlim Həftəsi keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az