Vilayət Eyvazovdan nöqsanlara görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT

13:52 - 12 Yanvar 2022

Vilayət Eyvazovdan nöqsanlara görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən Respublika Baş Dövlət Yol Polisi İdarəsi (DYP) əməkdaşı, polis mayoru Elnur Rəhimli vəzifəsindən azad olunaraq, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə, Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdi. 
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az