logo
logo logo
logo

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

18:10 - 16 İyun 2026

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

Azərbaycanın bir qrup QHT rəhbəri, hüquq müdafiəçiləri ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə məktub ünvanlayıblar.


Manset.az xəbər verir ki, məktubda konqresmen Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə bu Komitəyə təqdim etdiyi layihəyə kəskin etiraz edilir.

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bildiriblər ki, Brad Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüzminlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış müharibə cinayətkarlarıdır. "Yerli qanunvericiliyə və beynəlxalq hüquqi alətlərə uyğun olaraq, Azərbaycanın tam ixtiyarı var ki, bu cinayətləri araşdırsın, günahkarları məhkum etsin", - deyə məktubda diqqətə çatdırılır.

Qeyd olunur ki, bununla bağlı məhkəmə prosesləri də açıq formada aparılıb, təqsirləndirilən şəxslərə zəruri hüquqi imkanlar yaradılıb.

"Azərbaycan ilə Ermənistanın davamlı sülhə və normallaşmaya doğru irəlilədiyi bir dövrdə bu müsbət impulsu sarsıdan təşəbbüslərin arxasındakı məntiqi anlamaq çətindir... Prezident Donald Tramp və onun administrasiyası Azərbaycanla Ermənistan arasında dialoqu və normallaşmanı dəstəkləsə də, Şermanın təşəbbüsü bu səylərə ziddir və əldə olunan irəliləyişin qarşısını almağa yönəlib. Ədalət, hesabatlılıq, barışıq və sülh birlikdə irəliləməlidir. Ədalət olmadan sülh, hesabatlılıq olmadan barışıq da ola bilməz", - deyə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri vurğulayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az