logo
logo logo
logo

Bakıda keçirilən iclasda tarixi qərar

20:31 - 16 İyun 2026

Bakıda keçirilən iclasda tarixi qərar

İslam İnkişaf Bankının (İİB) Bakıda keçirilən İcraçı Direktorlar Şurasının 367-ci iclasında ümumi dəyəri 2.8 milyard ABŞ dolları olan inkişaf maliyyələşdirmə paketi təsdiqlənib.


Manset.az İİB-yə istinadən xəbər verir ki, ayrılan vəsait nəqliyyat, enerji, kənd təsərrüfatı və iqlim dayanıqlılığı sahələrində həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Təsdiqlənən layihələr sırasında Uqandada standart ölçülü dəmir yolunun tikintisi üçün 650.75 milyon avro, Türkiyədə İstanbul Şimal Dəmir Yolu Keçidi Layihəsi üçün 660.35 milyon avro və Banqladeşdə neft emalı zavodunun modernləşdirilməsi məqsədilə 1 milyard dollardan çox vəsaitin ayrılması yer alır.

Bundan əlavə, maliyyələşdirmə paketinə Nigeriyada günəş enerjisinin inkişafı, Fələstində günəş elektrik stansiyalarının tikintisi, Kot-d'İvuarda elektrik infrastrukturunun gücləndirilməsi, Tacikistanda yol infrastrukturunun bərpası, eləcə də Qambiya və Benində kənd təsərrüfatı layihələrinin dəstəklənməsi daxildir.

Bildirilib ki, ayrılan vəsaitlər regional inteqrasiyanın gücləndirilməsinə, enerji təhlükəsizliyinin artırılmasına, ərzaq təminatının yaxşılaşdırılmasına və davamlı iqtisadi inkişafın dəstəklənməsinə xidmət edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az