logo
logo logo
logo

Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq

21:50 - 16 İyun 2026

Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq

2030-cu ildə müasir istixana sahələrinin 2 000 hektara çatdırılması hədəflənir. Dəstək tədbirləri olaraq, avadanlıqlara 40 faiz güzəştin tətbiqi, həmçinin kredit faizlərinin bir hissəsinin dövlət hesabına subsidiyalaşması dəstəyi nəzərdə tutulur.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Nazir müavini bildirib ki, Dövlət Proqramı çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Cəbrayıl rayonunda istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparkın xarici kommunikasiya sistemlərinin dövlət hesabına çəkilməsi və ərazilərin rezidentlərə istifadəsi üçün uzunmüddətli verilməsi təmin ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az