Azərbaycan şagirdləri 12-16 iyun tarixlərində İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) uğurlu nəticə göstərərək 4 bürünc medal qazanıblar.
Manset.az-ın məlumatına görə, bürünc medala layiq görülən şagirdlər:
- Bəxtiyar Ağayev – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi;
- Məhəmməd Cəfərli – Bakı şəhər Texniki-Humanitar Liseyinin 11-ci sinif şagirdi;
- Murad Xəlil – Bakı şəhər Türk Liseyinin 11-ci sinif şagirdi;
- Raiq Babazadə – Bakı şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin 11-ci sinif şagirdi.
Qeyd edək ki, 2018-ci ildən təşkil olunan Avropa Fizika Olimpiadası Avropanın ən nüfuzlu fizika müsabiqələrindən biri hesab olunur. Bu il yarışda 41 ölkədən 200 şagird iştirak edib.