logo
logo logo
logo

Oxford təcrübəsi Qarabağ Universitetində - FOTOLAR

10:36 - 19 İyun 2026

Oxford təcrübəsi Qarabağ Universitetində - FOTOLAR

Qarabağ Universitetində İqtisadiyyat ixtisası üzrə proqram Oxford Universitetinin aparıcı iqtisadçı alimləri ilə əməkdaşlıq çərçivəsində yenilənib


Manset.az xəbər verir ki, Qarabağ Universitetində İqtisadiyyat ixtisası üzrə innovativ bakalavr proqramının hazırlanması məqsədilə Oxford Universitetinin aparıcı iqtisadçı alimləri ilə əməkdaşlıq həyata keçirilib.

Əməkdaşlıq çərçivəsində Oxford Universitetinin iqtisadçı alimləri Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin akademik heyəti ilə birgə fəaliyyət göstərərək beynəlxalq standartlara uyğun, müasir yanaşmalara əsaslanan İqtisadiyyat (BSc Economics) proqramının hazırlanmasında iştirak ediblər.

Hazırlanmış proqramın yekunlaşdırılması və akademik heyətə təqdim olunması məqsədilə Oxford Universitetinin nümayəndələri Qarabağ Universitetinə səfər ediblər. Səfər çərçivəsində Biznes və İqtisadiyyat fakültəsinin müəllimləri ilə birgə seminarlar və interaktiv iş sessiyaları təşkil olunub.

Sessiyalar zamanı proqramın strukturu, fənn məzmunu və tədris metodologiyası geniş şəkildə təqdim edilərək müzakirə olunub. Bu prosesin əsas məqsədi proqramın universitetin akademik heyəti tərəfindən dərindən mənimsənilməsi və effektiv tətbiqinə hazırlığın təmin edilməsi olub.

Yeni İqtisadiyyat proqramı müasir əmək bazarının və qlobal təhsil mühitinin tələblərinə uyğun olaraq data analitikası, süni intellekt və proqramlaşdırma kimi istiqamətləri də əhatə edir.

Bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq akademik tərəfdaşlıqlar vasitəsilə tədris keyfiyyətinin yüksəldilməsi və tələbələrə qlobal səviyyədə rəqabətqabiliyyətli təhsil imkanlarının təqdim olunması istiqamətində atdığı mühüm addımlardan biri hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az