logo
logo logo
logo

Binəqədidə binaları siçovullar basıb - İcra Hakimiyyəti tədbir görmür (VİDEO)

18:54 - 22 İyun 2026

Binəqədidə binaları siçovullar basıb - İcra Hakimiyyəti tədbir görmür (VİDEO)

Binəqədi rayonu ərazisində yerləşən binaların zirzəmilərini siçovullar basıb.


Bununla bağlı bir qrup sakin Manset.az-a müraciət edib.

Onların sözlərinə görə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 7, bina 33-ün zirzəmisində çoxlu sayda siçovul var və bu gəmiricilər bəzən evlərə də hücum edir. 

Sakinlər sözügedən problemlə bağlı dəfələrlə Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, bununla bağlı heç bir tədbir görülməyib.

Qeyd edək ki, siçovullar müxtəlif bakteriya, virus və parazitlərin daşıyıcısı olmaqla insan sağlamlığı üçün təhlükə yaradır, bir sıra yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilirlər.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az