logo
logo logo
logo

Naxçıvanda 3.6 milyonluq yeyinti - Keçmiş rəisin məhkəməsi başlayır

13:42 - 24 İyun 2026

Naxçıvanda 3.6 milyonluq yeyinti - Keçmiş rəisin məhkəməsi başlayır

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin sabiq rəisi Ramin İsmayılov xüsusilə külli miqdarda mənimsəmə və başqa cinayətlərdə ittiham olunur.


Manset.az APA-ya istinadən xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin hazırlıq iclası 29 iyuna təyin edilib.

    Qeyd edək ki, Ramin İsmayılov ötən ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən vəzifəsindən azad edilib. Ramin İsmayılov 3,6 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

    Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az