logo
logo logo
logo

Bakıda binanın damında mənzil satılır - VİDEO

09:30 - 27 İyun 2026

Bakıda binanın damında mənzil satılır - VİDEO

8 il əvvəl tikilib istifadəyə verilmiş 15 mərtəbəli yaşayış kompleksinin mansartında yeni mənzil tikib, “Tik-Tok”da elan verdilər. 3 otaqdan ibarət yeni tikilinin qiyməti 125 min manata təklif edilb. Mənzilin 56 kvadrar metr olduğu da elan lövhəsinə yazılıb.


Manset.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sözügedən mənzil Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 133,  Qış Parkının yaxınlığında yerləşən premium yaşayış kompleksində qeydə alınıb. 

Sakinlərdən bildirildi ki, “Seven Points” MTK tərəfindən inşa olunan yaşayış kompleksi pilot layihədir.

Kompleksdə tikinti şirkəti tərəfindən ilkin satışların bitdiyini isə komendant söyləyib. 

Maraqlıdır, 8 il bundan əvvəl tikilib istifadəyə verilən müasir yaşayış kompleksininin sonuncu mərtəbəsindəki yeni mərtəbə necə artırılıb?



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az