logo
logo logo
logo

Araz Əhmədov şəhid məzarlarını ziyarət etdi - FOTOLAR

23:31 - 07 İyul 2026

Araz Əhmədov şəhid məzarlarını ziyarət etdi - FOTOLAR

07 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Molalan kəndinə səfəri çərçivəsində şəhid məzarlarını ziyarət edib.


Manset.az xəbər verir ki, ziyarətdə rayon rəhbəri ilə yanaşı, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdirləri Nahid Həsənov, Qəşəm Hadıyev, 47 saylı Yol İstismarı MMC-nin direktoru Mahmud Bağırov, Mahmudavar kənd ərazi nümayəndəliyi, Mahmudavar bələdiyyəsi, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.

Şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Qeyd olunub ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az