logo
logo logo
logo

 Azərbaycanda 38 dərəcə isti olacaq

12:36 - 16 İyul 2026

 Azərbaycanda 38 dərəcə isti olacaq

İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb.


Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az