logo
logo logo
logo

Bakı-Balakən qatarına bilet alanların NƏZƏRİNƏ

15:14 - 16 İyul 2026

Bakı-Balakən qatarına bilet alanların NƏZƏRİNƏ

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Bu barədə Manset.az-a Azərbaycan Dəmir Yollarının Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq.

Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az