logo
logo logo
logo

Avtomobil bazarında durğunluq - VİDEO

08:50 - 20 İyul 2026

Avtomobil bazarında durğunluq - VİDEO

Bazarda avtomobil seçimi çox olsa da, satışlar demək olar ki, dayanıb.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtdakı avtomobil satış mərkəzlərində son aylarda ciddi durğunluq müşahidə olunur.

Satıcıların sözlərinə görə, alıcılıq günü-gündən zəifləyir. Onlar bildirirlər ki, bir neçə ay əvvəlki dövrlə müqayisədə avtomobillərin markası, modeli, istehsal ili və texniki vəziyyətindən asılı olaraq qiymətlərdə ən azı 1 500 manat ucuzlaşma qeydə alınıb.

Satıcılar hesab edirlər ki, alıcılığın azalmasının əsas səbəblərindən biri avtomobillərin saxlanma və istismar xərclərinin yüksək olmasıdır. Bundan başqa, ikinci əl avtomobillərin qiymətlərinin yeni Çin istehsalı olan avtomobillərlə müqayisədə daha baha olması da alıcıların seçimlərinə təsir edir.

Onların sözlərinə görə, hazırda alıcıların əsas marağı münasib qiymətə təklif olunan yeni Çin istehsalı avtomobillərə yönəlib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az