logo
logo logo
logo

Bakıda mağazada döyülən qadın danışdı: “Demişdi ki, səni doğrayacağam” - VİDEO

13:43 - 20 İyul 2026

Bakıda mağazada döyülən qadın danışdı: “Demişdi ki, səni doğrayacağam” - VİDEO

Bakıda yerləşən mağazaların birində qadına qarşı zorakılıq edilib.


Manset.az Xəzər tv-yə istinadən xəbər verir ki, zərərçəkmiş Sevil Manafova hadisənin təfərrüatlarını danışıb.

O bildirib ki, ötən ay aqressiv davranışlarına görə işdən azad edilən Zamiq Xəlilov onu təqib edərək dəfələrlə öldürəcəyi ilə hədələyib:
"Aqressiv davranışlarına görə ötən ayın 25-də onu işdən azad etdilər. İşdən çıxandan sonra daha da quduzlaşmışdı. İyulun 17-də pişik yemi almaq üçün bir xanımla mağazaya girdim. Gördüm ki, qapıda dayanıb var-gəl edir. Qorxdum, mağazada gözlədim. Sonra qəfil içəri daxil oldu, söyüş söyməyə başladı. Dedim ki, söyüşlərinə görə polisə zəng edəcəyəm. Telefonumu götürəndə mənə hücum çəkdi. İyulun 17-dən bu yana həkimlərdəyəm. Bütün əsəblərim pozulub, qabırğalarım əzilib. Bu insan demişdi ki, səni doğrayacağam”.

Daha ətraflı süjetdə:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az