logo
logo logo
logo

"Facebook" və "Instagram"ın işində qlobal nasazlıq yarandı

19:00 - 22 İyul 2026

\"Facebook\" və \"Instagram\"ın işində qlobal nasazlıq yarandı

"Meta" şirkətinə məxsus "Facebook" və "Instagram" sosial şəbəkələrinin işində Avropa və ABŞ-də genişmiqyaslı problemlər müşahidə olunur.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə internet xidmətlərində nasazlıqları izləyən "Downdetector" platformasının məlumatında bildirilib.

Məlumata görə, problemlər Bakı vaxtı ilə təxminən saat 16:02-də başlayıb.

Ən çox şikayət "Facebook" istifadəçilərindən daxil olub. Böyük Britaniyada 4 400-dən çox, İtaliyada 1 200-dən çox, Niderlandda isə 1 000-ə yaxın istifadəçi nasazlıq barədə məlumat verib. ABŞ, Fransa, Almaniya, Belçika, İspaniya və digər ölkələrdə də oxşar problemlər qeydə alınıb.

"Instagram" istifadəçiləri də Böyük Britaniya, İtaliya, Fransa, Niderland, Almaniya, ABŞ və digər ölkələrdə tətbiqin işində problemlərlə üzləşdiklərini bildiriblər.

"Downdetector"un məlumatına əsasən, istifadəçilərin əksəriyyəti mobil tətbiqin və veb-saytın işləməməsindən, hesaba girişdə çətinliklərdən, xəbər lentinin yüklənməməsindən və serverə qoşulma problemlərindən şikayət edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az