logo
logo logo
logo

İsmayıllıda jurnalistlər üçün mediatur təşkil olundu - FOTOLAR

10:58 - 23 İyul 2026

İsmayıllıda jurnalistlər üçün mediatur təşkil olundu - FOTOLAR

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin İsmayıllı rayonuna mediaturu təşkil edilib.

Manset.az xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, eləcə də turizm və sənaye potensialı ilə tanış olublar. Bu məqsədlə media nümayəndələri Basqal qəsəbəsinə, həmçinin Buynuz, Qalacıq, İvanovka və Hacıhətəmli kəndlərinə səfər ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək ölkədə peşəkar mətbuatın inkişafı, söz və ifadə azadlığının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.

Media nümayəndələri isə onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, ölkənin müxtəlif bölgələrində dəqiq, qərəzsiz və operativ məlumatların əldə olunması və ictimaiyyətə çatdırılması üçün yaradılan əlverişli şəraiti yüksək qiymətləndiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az