logo
logo logo
logo

Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanıldılar - VİDEO

15:54 - 23 İyul 2026

Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanıldılar - VİDEO

Paytaxtın Nəsimi rayonu ərazisində törədilmiş soyğunçuluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb.


Manset.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyev saxlanılıblar.

    Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn B.Xudiyev sonradan onun üzərində külli miqdarda pul olduğunu digər dəstə üzvlərinə xəbər verib.

    Bundan sonra onlar zərərçəkmişə yaxınlaşaraq içərisində 200 min manat olan çantanı ələ keçirib hadisə yerindən uzaqlaşıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az