Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Köhnə Tramvay küçəsində yaşayan sakinlərin sözlərinə görə, burada zibil konteynerlərinin sayı kifayət etmir, mövcud konteynerlərin isə əksəriyyəti yararsız vəziyyətdədir. Bundan əlavə, ərazidə kanalizasiya sisteminin normal işləmədiyi bildirilir.
Manset.az Baku tv-yə istinadən xəbər verir ki, onların iddiasına əsasən, məişət tullantıları tez-tez daşır, zibil maşınlarının vaxtında gəlməməsi isə ətrafa kəskin və xoşagəlməz qoxunun yayılmasına səbəb olur.
Sakinlər deyirlər ki, kommunal xidmət haqqını mütəmadi ödəmələrinə baxmayaraq, bəzən ətrafı öz vəsaitləri və imkanları hesabına təmizləməyə məcbur qalırlar.