Tanınmış polis polkovniki Zakir Kərimov vəfat edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 1987-ci ildə Gədəbəy rayon polis şöbəsinin, 1989–1992-ci illərdə isə Quba rayon polis şöbəsinin rəisi vəzifəsində çalışmış Zakir Kərimov 77 yaşında Gürcüstanda dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Z.Kərimov əslən Qərbi Azərbaycandandır. O, Qərbi Azərbaycanın tanınmış ziyalılarından biridir.