logo
logo logo
logo

Dəri törəmələri hansı xəstəliklərin xəbərçisi ola bilər?

23:16 - 29 İyul 2026

Dəri törəmələri hansı xəstəliklərin xəbərçisi ola bilər?

Dermatoloq dr. Kadir Kaya xüsusilə boyun və qoltuqaltı nahiyələrində sayının artdığı müşahidə olunan dəri törəmələrinin bəzi sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini bildiriblər.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həkim tibbdə akroxordon adlanan bu xoşxassəli dəri törəmələrinin birbaşa xərçəng və ya ürək xəstəliklərinə səbəb olmadığını qeyd edir. Lakin çoxsaylı dəri törəmələri insulin müqaviməti, diabet, yüksək xolesterin və hipertoniya kimi risk faktorlarının göstəricisi ola bilər.

Kaya qeyd edib ki, orta yaşda dəri törəmələrinin sürətlə artması zamanı qan şəkəri, insulin və lipid səviyyələrinin yoxlanılması məqsədəuyğundur. O, bu törəmələrin tibbi üsullarla təhlükəsiz şəkildə aradan qaldırıla biləcəyini, ev üsulu ilə müdaxilələrin isə infeksiya və çapıq riskini artıra biləcəyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az